...

Gürcüstanda yerli seçkilər inqilaba gətirib çıxarmamalıdır - Piter Semnebi

Siyasət Materials 14 May 2010 14:43 (UTC +04:00)
Gürcüstanda yerli seçkilər ədalətli keçirilməli və yeni inqilaba səbəb olmamalıdır.
Gürcüstanda yerli seçkilər  inqilaba gətirib çıxarmamalıdır - Piter Semnebi

Gürcüstan, Tbilisi, 14 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanda yerli seçkilər ədalətli keçirilməli və yeni inqilaba səbəb olmamalıdır. Xristian-demokrat rəhbərlərindən biri Nika Laliaşvilinin jurnalistlərə verdiyi məlumata görə, bu fikri Avropa İttifaqının Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Piter Semnebi gürcü müxalifəti ilə görüşündə bildirib.

Xristian-demokratların rəhbərləri Piter Semnebi ilə bu gün səhər "Tbilisi Mariot" otelində görüşüblər. Görüş 48 dəqiqə davam edib.

Laliaşvilinin sözlərinə görə, Avropa İttifaqının nümayəndələrinə ölkədəki seçkiqabağı vəziyyətlə bağlı məlumat çatdırılıb.

O deyib: "Biz seçkiqabağı proseslə bağlı öz fikirlərimizi və onun yaxşılaşdırılması planında öz mülahizələrimizi təqdim etdik".

Xristian-demokratların Tbilisidə merliyə namizədi Giya Çanturiya öz növbəsində qeyd edib ki, beynəlxalq təşkilatların, xüsusilə də Avropa İttifaqının Gürcüstandakı seçkiqabağı prosesə daxil olması, seçkilərin daha demokratik və ədalətli keçəcəyinə təminat verir.

"Avropa İttifaqının seçkiqabağı prosesə daxil olması onu daha da şəffaf edəcək", - deyə Çanturi bildirib.

Xəbər lenti

Xəbər lenti