...

ABŞ-ın Milli Müdafiə Kollecinin nümayəndə heyəti Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin qonağı olub

Siyasət Materials 18 May 2010 11:59 (UTC +04:00)
Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyinin yüksəkrütbəli zabitlərindən ibarət ABŞ-ın Milli Müdafiə Kollecinin nümayəndə heyəti Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin qonağı olublar.
ABŞ-ın Milli Müdafiə Kollecinin nümayəndə heyəti Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin qonağı olub

Аzərbaycan,Bakı, 18 may /Trend, müxbir М.Əliyev/

Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyinin yüksəkrütbəli zabitlərindən ibarət ABŞ-ın Milli Müdafiə Kollecinin nümayəndə heyəti Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin qonağı olublar.

"SAM-ın direktoru Elxan Nuriyev qonaqları salamlayaraq, onlara mərkəzin fəaliyyəti, beynəlxalq "beyin mərkəzləri" ilə genişlənən elmi-analitik münasibətlər və onlarla əməkdaşlıq çərçivəsində həyata keçirdiyi cari və perspektivli layihələr haqqında məlumat verildi", - mərkəzdən verilən məlumatda belə deyilir.

Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində SAM-ın əməkdaşlarının və ABŞ-ın Milli Müdafiə Kollecinin nümayəndə heyətinin iştirakı ilə Azərbaycan - ABŞ münasibətləri, Azərbaycanın daxili və xarici siyasət prioritetləri mövzusunda "dəyirmi masa" formatında müzakirələr keçirildi.

Görüşdə Azərbaycan - ABŞ münasibətlərinin hazırkı durumu, iki ölkə arasında siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə əməkdaşlığın gələcək perspektivləri ilə yanaşı, son zamanlar Cənubi Qafqaz bölgəsində baş verən geosiyasi proseslər, Türkiyə - Ermənistan münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, hər iki elmi müəssisə arasında elmi-tədqiqat sahəsində əməkdaşlığa dair regional əhəmiyyətli layihələr ətrafında məsləhətlər keçirilib.

Xəbər lenti

Xəbər lenti