...

Azərbaycan Parlamentinin deputatı beynəlxalq konfransda iştirak edəcək

Siyasət Materials 18 May 2010 16:07 (UTC +04:00)
Azərbaycan Parlamentinin üzvü "Cənubi Qafqazın sosial-iqtisadi inkişafı: problemlər və perspektivlər" mövzusunda konfransda iştirak etmək üçün Rusiyanın paytaxtı Moskva şəhərinə gedəcək.
Azərbaycan Parlamentinin deputatı beynəlxalq konfransda iştirak edəcək

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin üzvü "Cənubi Qafqazın sosial-iqtisadi inkişafı: problemlər və perspektivlər" mövzusunda konfransda iştirak etmək üçün Rusiyanın paytaxtı Moskva şəhərinə gedəcək.

"Deputat Asim Mollazadənin iştirak edəcəyi tədbirdə Cənubi Qafqazda vəziyyət, bölgənin bugünkü sosial-iqtisadi durumu və inkişafı, əməkdaşlığa mane olan problemlərin aradan qaldırılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq", - çərşənbə axşamı Trend-ə Milli Məclisin mətbaut xidmətindən bildirilib.

Mayın 20-də başlayacaq konfransda millət vəkili Asim Mollazadə aparılan diskussiyalara qatılacaq, "Regionun davamlı inkişafında Azərbaycanın rolu" mövzusunda çıxış edəcək.

Tədbir çərçivəsində "Türkiyə-Ermənistan prosesi fonunda Dağlıq Qarabağ ətrafında münaqişə. Azərbaycandan baxış" mövzusunda mətbuat konfransı keçiriləcək.

Səfər mayın 21-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti