...

Qanunsuz olaraq həbsdə saxlanılanlarla həmrəylik aksiyasının iştirakçıları Tbilisidə Rustaveli prospektini bağlayıb

Siyasət Materials 22 May 2010 11:53 (UTC +04:00)
Hərəkatın sədri Eka Beseliya mayın 21-ni qanunsuz olaraq həbsdə saxlanılanlar və siyasi məhbuslarla həmrəylik günü elan edib.
Qanunsuz olaraq həbsdə saxlanılanlarla həmrəylik aksiyasının iştirakçıları Tbilisidə Rustaveli prospektini bağlayıb

Gürcüstan, Tbilisi, 21 may /Trend, müxbir N.Kirsxaliya/

Qanunsuz olaraq həbsdə saxlanılanlarla həmrəylik aksiyasının iştirakçıları Tbilisidə - Gürcüstan Parlamentinin qarşısında Rustaveli prospektini bağlayıb.

"Qanunsuz olaraq həbsdə saxlanılanlarla həmrəylik" aksiyasına bu gün 200-ə qədər adam qoşulub. Aksiyaya Mühafizəkarlar Partiyasının sədri Zviad Dzidziquri, "Kartuli dasi"nin sədri Condi Baqaturiya, "Gürcüstan üçün alyans"ın üzvü Koka Quntsadze və Qoqa Xaindrava qoşulub.

Aksiyada hərəkatın sədri Eka Beseliya mayın 21-ni qanunsuz olaraq həbsdə saxlanılanlar və siyasi məhbuslarla həmrəylik günü elan edib. Rustaveli prospektinə üzərində hərəkatın qanunsuz olaraq həbsdə saxladığı güman edilən şəxslərin fotoşəkilləri olan 25 metrlik banner çıxarılıb.

Qısa mitinqdən sonra aksiya iştirakçıları Gürcüstan Ali Məhkəməsinə yollanıb. Yürüş zamanı onlar müəyyən müddətə paytaxtın əsas küçəsində hərəkəti bağlayıb.

Xəbər lenti

Xəbər lenti