...

Azərbaycanda gender məsələləri ilə bağlı dövlət siyasəti qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib - Prezident İlham Əliyev

Siyasət Materials 24 May 2010 13:01 (UTC +04:00)
Gender bərabərliyi müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini təşkil edir. Müstəqil Azərbaycan Respublikasında milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək, hər cür ayrı-seçkiliyin qarşısını almağa xidmət göstərir; gender məsələləri ilə bağlı dövlət siyasəti isə qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlmişdir, - Trend-in məlumatına görə, bunu bazar ertəsi Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin gender bərabərliyinə həsr olunmuş VII konfransın iştirakçılarına təbrik məktubunda bildirib
Azərbaycanda gender məsələləri ilə bağlı dövlət siyasəti qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib - Prezident İlham Əliyev

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir M.Əliyev/

Gender bərabərliyi müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini təşkil edir. Müstəqil Azərbaycan Respublikasında milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək, hər cür ayrı-seçkiliyin qarşısını almağa xidmət göstərir, gender məsələləri ilə bağlı dövlət siyasəti isə qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib, - Trend-in məlumatına görə, bunu bazar ertəsi Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin gender bərabərliyinə həsr olunmuş VII konfransın iştirakçılarına təbrik məktubunda bildirib.

"Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünün əksəriyyətini təşkil edən qadınlarımızın ən kobud şəkildə pozulmuş əsas hüquqları hələ də bərpa olunmamışdır. Beynəlxalq təşkilatların, o cümlədən, BMT-nin və Avropa Şurasının, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarlarının mövcud olmasına baxmayaraq, həmin insanların doğma yurdlarına qayıtması istiqamətində səylər hələ də nəticəsiz qalır. Gender bərabərliyinin faktiki surətdə əldə olunması, heç şübhə yoxdur ki, beynəlxalq və milli səviyyədə bir çox qurum və təşkilatların uzun müddət fəaliyyətinin gücləndirilməsini tələb edir. Əminəm ki, konfransda bu məsələlər ətrafında geniş və səmərəli müzakirələr aparılacaq, gələcək fəaliyyətində məqsədyönlü tədbirlərin həyata keçirilməsində öz layiqli töhfəsini verəcək", - İlham Əliyevin təbrik məktubunda qeyd olunub.

Prezidentin təbrik məktubunda vurğulanır ki, Azərbaycan bu gün Avropa Şurası ilə müxtəlif sahələrdə qarşılıqlı faydalı münasibətlər quraraq, səmərəli əməkdaşlıq həyata keçirir.

Prezident deyib ki, Azərbaycan təhsili və səhiyyəsində aparıcı mövqelər tutan qadınlarımız ölkəmizin siyasi, sosial və ictimai həyatının bütün sahələrində fəal iştirak etməklə, real gender bərabərliyinə nail olunması üçün öz qüvvələrini əsirgəmirlər.

"Təşkilatа üzv dövlətlərlə əlaqələrinin genişləndirilməsi ölkələrin bir-birinə daha da yaxınlaşmasına və qarşıya çıxa biləcək problemlərin aradan qaldırılmasına əlverişli zəmin yaradır. Bu baxımdan son zamanlar respublikamızda Avropa Şurası səviyyəsində bir sıra beynəlxalq tədbirlərin ənənəvi xarakter alması təqdirəlayiqdir", - İlham Əliyevin təbrik məktubunda bildirilir.

Xəbər lenti

Xəbər lenti