...

Dağıstan Prezidenti Heydər Əliyev Fondunda olub

Siyasət Materials 24 May 2010 17:52 (UTC +04:00)
Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov mayın 24-də Heydər Əliyev Fondunda olub.
Dağıstan Prezidenti Heydər Əliyev Fondunda olub

Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov mayın 24-də Heydər Əliyev Fondunda olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədləri və fəaliyyəti barədə məlumat verilib.

Dağıstan Prezidenti ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlar və fotoşəkillərlə tanış olub.

Fondla tanışlıq zamanı Dağıstan Prezidentinə məlumat verilib ki, bugünkü qüdrətli və zəngin Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla uğurla irəliləyir. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev azərbaycanlıların milli qürur və iftixar mənbəyinə çevrilib, xalqımızın ümummilli lideri adını qazanıb. Ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixində ən şərəfli səhifələrdən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.

Dağıstan Prezidenti fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıb.

Prezident Maqomedsalam Maqomedov Fondla tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazıb. Dağıstan Prezidentinə Fondun nəşri olan "Muğam aləmi" musiqi albomu hədiyyə edilib. Dağıstan Prezidenti də Fonda xatirə hədiyyəsi təqdim edib.

Ali qonaq Fonddan zəngin təəssüratla ayrılıb.

Xəbər lenti

Xəbər lenti