...

Gigi Uqulava Tbilisinin meri oldu – Gürcüstan MSK

Siyasət Materials 1 İyun 2010 11:14 (UTC +04:00)
Tbilisinin bütün 774 seçki məntəqəsində səslərin ilkin hesablanmasının yekunlarına görə, Gürcüstan paytaxtının meri hakim Vahid Milli Hərəkatın nümayəndəsi Gigi Uqulava olub. Bu barədə bu gün brifinqdə Gürcüstan MSK-nın sədri Zurab Xaratişvili bildirib.
Gigi Uqulava Tbilisinin meri oldu – Gürcüstan MSK

Gürcüstan, Tbilisi, 1 iyun /Trend, müxbir N. Kirsxaliya/

Tbilisinin bütün 774 seçki məntəqəsində səslərin ilkin hesablanmasının yekunlarına görə, Gürcüstan paytaxtının meri hakim Vahid Milli Hərəkatın nümayəndəsi Gigi Uqulava olub. Bu barədə bu gün brifinqdə Gürcüstan MSK-nın sədri Zurab Xaratişvili bildirib.

Uqulavadan sonra 19% səslə "Gürcüstan üçün alyans"ın lideri İrakli Alasaniya, 10,7% səslə Xristian-Demokrat Hərəkatının namizədi Giya Çanturiya, 8,3% səslə Milli Şuranın namizədi Zviad Dzidziquri, 5,2% səslə sənayeçilərin namizədi Qogi Topidze, 0,65% səslə "Həmrəylik" hərəkatının namizədi Tamaz Vaşadze, 0,5% səslə "Xalq demokratları"dan namizəd Nika İvanişvili, 0,2% səslə "Demokratik Partiya"nın namizədi David Yakobidze və 0,14% səslə "Gələcəyin Partiyası"ndan namizəd Giorgi Laqidze gəlir.

Xaratişvilinin bəyan etdiyinə görə, bu rəqəmlər, çətin ki, dəyişsin; çünki heç bir ciddi pozuntu yoxdur.

Tbilisidə seçkilərdə əhalinin 49%-i iştirak edib.

Xəbər lenti

Xəbər lenti