...

Humanitar karvanın silahlı hücuma məruz qalması hadisəsinə ədalətli qiymət verilməlidir - Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Novruz Məmmədov

Siyasət Materials 1 İyun 2010 20:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir Ü.Sadıxova/

Humanitar karvanın silahlı hücuma məruz qalması ilə bağlı tədqiqatlar aparılmalıdır, araşdırılmalıdır və bu hadisəyə ədalətli qiymət verilməlidir. Bunu çərşənbə axşamı jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

İsrailin xüsusi təyinatlıları bazar günündən bazar ertəsinə keçən gecə neytral sularda altı gəmidən ibarət "Azadlıq donanması"nın ələ keçirilməsi üzrə əməliyyat həyata keçiriblər. Donanmanın tərkibində mühasirədə olan Qəzza sektoruna yollanan humanitar yüklə birlikdə ən azı 600 nəfər hüquq müdafiəçisi olub. Onların əksəriyyəti türk vətəndaşları olub. Dünya KİV-in verdiyi məlumata görə, hazırda İsrailin həyata keçirdiyi xüsusi əməliyyatın qurbanlarının sayı 19 nəfərə çatıb. İsraillilərsə 10 nəfərin öldüyünü iddia edirlər.

"Bizi bu baş verən hadisə çox narahat edir, bizdə narahatıq ki, humanitar karvan hücuma məruz qalıb. Orada olan insanların həlak olmasını və yaralanmasını biz pisləyirik", - Məmmədov deyib.

O əlavə edib ki, artıq Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı öz mövqeyini bildirib.

Xəbər lenti

Xəbər lenti