...

Azərbaycan MSK iyunda Venesiya Komissiyası ilə parlament seçkilərinə hazırlıq üzrə birgə tədbir keçirəcək - sədr

Siyasət Materials 2 İyun 2010 17:31 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyası iyunda Venesiya Komissiyası ilə birgə ölkədə parlament seçkilərinə hazırlıq üzrə tədbir keçirməyi planlaşdırır.
Azərbaycan MSK iyunda Venesiya Komissiyası ilə parlament seçkilərinə hazırlıq üzrə birgə tədbir keçirəcək - sədr

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyası iyunda Venesiya Komissiyası ilə birgə ölkədə parlament seçkilərinə hazırlıq üzrə tədbir keçirməyi planlaşdırır. Bu barədə çərşənbə günü MSK-nın iclasının gedişində sədr Məzahir Pənahov bəyan edib.

Bundan əlavə, iclas zamanı Bakının Əzizbəyov rayonunun adının dəyişdirilərək Xəzər adlandırılması ilə əlaqədar həmin rayondakı 13-cü və 14-cü seçki dairələrinin adlarının dəyişdirilməsi barədə qərar qəbul edilib.

Çərşənbə günü iclası zamanı bir sıra seçki komissiyalarının tərkibində də dəyişiklik edilib.

Pənahovun sözlərinə görə, iyulun sonu-avqustun əvvəlində də seçkilərə hazırlıq üzrə beynəlxalq strukturlarla tədbirlərin keçirilməsi planlaşdırılır.

Azərbaycanda parlament seçkilərinin noyabrda keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti