...

Azərbaycan Türkiyənin yaxın müttəfiqidir və humanitar karvana hücumla bağlı iki fikir mövcud ola bilməz - politoloq

Siyasət Materials 3 İyun 2010 10:33 (UTC +04:00)
Azərbaycan Türkiyənin yaxın müttəfiqidir və humanitar karvana hücumla bağlı iki fikir mövcud ola bilməz . Bu barədə müstəqil politoloq Fikrət Sadıqov çərşənbə günü Trend-ə bildirib.
Azərbaycan Türkiyənin yaxın müttəfiqidir və humanitar karvana hücumla bağlı iki fikir mövcud ola bilməz - politoloq

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Türkiyənin yaxın müttəfiqidir və humanitar karvana hücumla bağlı iki fikir mövcud ola bilməz . Bu barədə müstəqil politoloq Fikrət Sadıqov çərşənbə günü Trend-ə bildirib.

"Biz Türkiyənin tərəfindəyik, Türkiyənin qayğılarını, həyəcanını və hiddətini dəstəkləyirik, İsrail hərbi qüvvələrinin güc tətbiq etməsinə öz etirazımızı ifadə edirik", - Sadıqov deyib.

İsrail xüsusitəyinatlıları bazar günündən bazar ertəsinə keçən gecə neytral sularda altı gəmidən ibarət "Azadlıq donanması"nın ələ keçirilməsi üzrə əməliyyat həyata keçiriblər. Donanmanın tərkibində mühasirədə olan Qəzza sektoruna yollanan humanitar yüklə birlikdə, ən azı, 600 hüquq müdafiəçisi olub. Onların əksəriyyəti türk vətəndaşı olub. Dünya KİV-in verdiyi məlumata görə, hazırda İsrailin həyata keçirdiyi xüsusi əməliyyat qurbanlarının sayı 19 nəfərə çatıb. İsraillilərsə 10 nəfərin öldüyünü iddia edirlər.

"Təbii ki, Azərbaycanın İsraildə də öz maraqları var - bu, bizim Yaxın Şərqdə iqtisadi, strateji və humanitar əlaqələrimizin olduğu mühüm tərəfdaşımızdır. Biz bütün bunları qırmaq istəmirik, lakin eyni zamanda, öz hiddətimizi, etirazımızı bildiririk, belə hərəkətlər təkrar olunmamalıdır", - politoloq deyib.

Onun sözlərinə görə, Türkiyə özünü beynəlxalq hüquq normaları çərçivəsində aparır və Azərbaycan bu cür münaqişələrin həllində məhz belə xəttin tərəfdarıdır. "Ona görə də Azərbaycan Türkiyənin tərəfində olmalı və aparıcı beynəlxalq təşkilatlar tərəfindən İsrailə qarşı yönəldiləcək bütün ölçüləri dəstəkləməlidir", - Sadıqov qeyd edib.

Xəbər lenti

Xəbər lenti