...

Prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenko Belarusun Azərbaycandakı səfirliyinin binasının təməlqoyma mərasimində iştirak ediblər

Siyasət Materials 4 İyun 2010 17:54 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko mərasimdə iştirak ediblər. Prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenko binanın layihəsi və maketi ilə tanış olublar.
Prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenko Belarusun Azərbaycandakı səfirliyinin binasının təməlqoyma mərasimində iştirak ediblər

Cümə günü Bakıda Belarusun Azərbaycandakı səfirliyinin binasının təməlqoyma mərasimi keçirilib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko mərasimdə iştirak ediblər. Prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenko binanın layihəsi və maketi ilə tanış olublar.

Dövlət başçılarına səfirliyin yeni binası haqqında məlumat verilib. Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko gilizi təmələ buraxıblar və beton qarışığı töküblər. Sonra dövlət başçıları Gəncə avtomobil zavodunun istehsal etdiyi müxtəlif təyinatlı maşınlarla tanış olublar.

Xəbər lenti

Xəbər lenti