...

ATƏT və AQFETM-nin səylərini birləşdirmək zəruridir –Qazaxıstan XİN rəhbəri

Siyasət Materials 7 İyun 2010 15:08 (UTC +04:00)

Türkiyə, İstanbul, 7 iyun / Trend, xüsusi müxbir A.Babyeva /

Ağrılı nöqtələr təkcə Asiyada deyhi, Avropada da var və ATƏT və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi (AQFETM) kimi iki beynəlxalq strukturun səylərinin birləşdirilməsini tələb edir. Bu barədə ATƏT sədri, dövlət naziir, Qazaxıxstanın xarici işlər naziri Kanat Saudabayev bu gün İstanbulda bildirib.

"Bu iki təşkilatın iştirakçı dövlətlərinin dialoq meydançası ola biləcək birləşmiş forumun yaradılması zərurəti mövcuddur ", -nazir deyib.

Bu gün ATƏT-in asiyalı tərəfdaşları qrupu (Avstraliya, Əfqanıstan, Monqolustan, Koreya Respublikası, Tailand, Yaponiya) üçün "21 -ci əsrdə Avrasiyada təhlükəsizlik və iqtisadi əməkdaşlıq" adlı xüsusi tədbir keçirilib.

Tədbiri açan Saudabayev bildirib ki, bu gün Avropada təhlükəsizlik anlayışı bütün Avrasiya məkanını əhatə edərək qitənin çərmivəsindən xeyli kənara çıxır.
 

"Məhz ona görə də ATƏT və AQFETM-in məsuliyyət zonasında təhlükəsizliyin təminatı üzrə fəaliyyətin ümumi təmas nöqtələrinin sayı durmadan artır. Ona görə də, "Asiya və Avropa istiqamətlərinin qarşılıqlı təsiri və əlavələrini nəzərdə tutna Avrasiya təhlükəsizliyi anlayışından istifadə getdikcə daha çox yerinə düşür", - o qeyd edib.
      

Nazir çıxışı zamanı Qazaxıstanın ATƏT- AQFETM forumunun yaradılmasına dair yeni təşəbbüsünü elan edib.
 

"Hesab edirik ki, ATƏT və AQFETM kimi Avrasiyada belə iri regional birliklət bütün iştirakçı dövlətlərin maraqları baxımından iqtisadi əməkdaşlığın inkişafı üçün səyləriin artırmalıdırlar", -nazir deyib.
      

O qeyd edib ki, ATƏT -AQFETM Forumu "nəhəng Avrasiya qitəsində təhlükəsizlik və əməkdaşlığın aktual problemlərini müzakikrə etməyə və baxmağa imkan verən iki strukturun daimi dialoq meydançası ola bilər".
   

"Həmçinin, bu günlərdə Aralıq dənizində baş vermiş facikəli insidentə", - ATƏT-in fəaliyytədə olan sədri deyib.

Xəbər lenti

Xəbər lenti