...

ABŞ-ın "Stratfor" analitik mərkəzinin direktoru Azərbaycana səfər edəcək

Siyasət Materials 7 İyun 2010 15:37 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəvəti ilə ABŞ-ın tanınmış "beyin mərkəzi" olan"Stratfor"un prezidenti, professor, məhşur alim Corc Fridman cari ilin iyun ayının 9-dan 15-dək Azərbaycanda səfərdə olacaq.
ABŞ-ın "Stratfor" analitik mərkəzinin direktoru Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəvəti ilə ABŞ-ın tanınmış "beyin mərkəzi" olan "Stratfor"un prezidenti, professor, məhşur alim Corc Fridman cari ilin iyun ayının 9-dan 15-dək Azərbaycanda səfərdə olacaq. Bu barədə SAM-ın məlumatında deyilir.

Səfər zamanı "Stratfor" prezidentinin SAM-da, Azərbaycan Prezidenti Administrasiyasında, Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF), Xarici İşlər Nazirliyi, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində və Milli Məclisdə görüşləri nəzərdə tutulub.

İyunun 10-u saat 11:00-da Corc Fridman Strateji Araşdırmalar Mərkəzində "ABŞ-ın xarici siyasətində qeyri-tarazlılıq" mövzusunda keçiriləcək "dəyirmi masa"da məruzə ilə çıxış edəcək. Tədbir ingilis dilində keçiriləcək.

Qeyd edək ki, Corc Fridman "Stratfor"u 1996-cı ildə yaradıb və bu günə kimi bu təşkilatın rəhbəridir. "Stratfor" dünyada baş verən hadisələr haqqında məlumatları toplayıb təhlil edərək iqtisadi və geosiyasi proqnozlar hazırlayır. ABŞ-ın nüfuzlu siyasətşünaslarından biri olan Corc Fridman "Növbəti 100 il", "Amerikanın gizli müharibəsi", "Gələcək müharibələr" və digər analitik monoqrafiyaların müəllifidir.

Xəbər lenti

Xəbər lenti