...

Azərbaycanda "beyin mərkəzləri"nin Ekspert Şurası yaradılacaq

Siyasət Materials 8 İyun 2010 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) "beyin mərkəzləri" üçün Ekspert Şurasının yaradılmasını təklif edir. Bu təkliflə SAM-ın baş elmi əməkdaşı Tahirə Allahyarova çərşənbə axşamı "XXI əsrdə beyin hücumu. Problemlər və ideyalar" mövzusunda "dəyirmi masa" formatında iclas zamanı çıxış edib.

O deyib ki, Azərbaycanda bütün "beyin mərkəzləri"nin iştirakı ilə ümumi analitik məhsulların yaradılması zərurəti yetişib.

"Bu məqsədlə ölkənin bütün tədqiqat və analitik mərkəzləri arasında sıx əməkdaşlığın birləşməsi və təşkili vacibdir. Biz yalnız birlikdə ölkənin ideya-analitik potensialını ümumi beynəlxalq daxıla inteqrasiya edə bilərik", - Allahyarova bildirib.

SAM təmsilçisi QHT nümayəndələrini, müstəqil ekspertləri və analitikləri "dəyirmi masa"ya dəvət edərək, onları ölkənin Strateji Araşdırmalar Mərkəzinin əməkdaşları ilə fəal əməkdaşlığa və ölkənin "beyin mərkəzləri"nin fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Milli Ekspert Şurasının yaradılmasına çağırıb.

Xəbər lenti

Xəbər lenti