...

Azərbaycan və Gürcüstan parlamentlərinin spikerləri parlamentlərarası əlaqələrin inkişaf məsələsini müzakirə ediblər

Siyasət Materials 14 İyun 2010 11:08 (UTC +04:00)
Kiprdə parlamentlərarası əlaqələrin inkişaf məsələsini Gürcüstan Parlamentinin sədri David Bakradze və onun azərbaycanlı həmkarı Oqtay Əsədov müzakirə ediblər. Bu barədə Trend-ə Gürcüstan Parlamentindən məlumat veriblər.
Azərbaycan və Gürcüstan parlamentlərinin spikerləri parlamentlərarası əlaqələrin inkişaf məsələsini müzakirə ediblər

Gürcüstan,Tbilisi, 14 iyun /Trend, müxbir N.Kirsxaliya/

Kiprdə parlamentlərarası əlaqələrin inkişaf məsələsini Gürcüstan Parlamentinin sədri David Bakradze və onun azərbaycanlı həmkarı Oqtay Əsədov müzakirə ediblər. Bu barədə Trend-ə Gürcüstan Parlamentindən məlumat veriblər.

İki ölkənin spikerləri arasında görüş Avropa Parlamenti spikerlərinin üçgünlük səfəri çərçivəsində Limassolda keçirilib.
"Bakradze və Əsədov iki xalq və onların liderləri arasında dostluq münasibətlərinin nəticəsi olan ənənəvi qardaşlıq əlaqələrinin vacibliyini qeyd ediblər və parlamentlərarası əlaqələrin inkişafı üçün birgə tədbirlərin keçirilməsi barədə razılığa gəliblər", - Gürcüstan Parlamentindən bildiriblər.

Konfransda, həmçinin, Gürcüstanın Parlament çoxluğunun və azlığının rəhbərləri Petr Çiskarişvili və Georgi Tarqamadze iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti