...

BMT Ali Komissarlığı Qırğızıstandan olan qaçqınlar üçün humanitar yardım göndərəcək

Siyasət Materials 16 İyun 2010 11:18 (UTC +04:00)
BMT-nin Qaçqınların İşi Üzrə Ali Komissarlığı çərşənbə günü səhər Özbəkistana Qırğızıstandan olan qaçqınlar üçün humanitar yükdən ibarət ilk altı təyyarə göndərəcək. Bu barədə təşkilatın saytında bildirilir.
BMT Ali Komissarlığı Qırğızıstandan olan qaçqınlar üçün humanitar yardım göndərəcək

Özbəkistan, Daşkənd, 16 iyun /Trend, müxbir D.Əzizov/

BMT-nin Qaçqınların İşi Üzrə Ali Komissarlığı çərşənbə günü səhər Özbəkistana Qırğızıstandan olan qaçqınlar üçün humanitar yükdən ibarət ilk altı təyyarə göndərəcək. Bu barədə təşkilatın saytında bildirilir.

Məlumata görə, BMT AK Özbəkistanın sərhədyanı rayonlarına 240 ton humanitar yardım göndərəcək. 40 ton yükdən ibarət ilk təyyarə Dubaydan Əndicana yola düşəcək.

Humanitar yardımın ilk partiyası qaçqınların yerləşməsi üçün 800 yüngül çadırdan ibarətdir. Yerdə qalan beş təyyarə Özbəkistana yorğan dəstləri, yataq torbaları,  yeməkxana dəstləri və digər ilkin tələbat malları gətirəcək.

Özbəkistana gətirildikdən sonra, humanitar yük dərhal yük maşınlarına doldurulacaq və hökumətlə sıx əməkdaşlıq edilməklə qırğız qaçqınlarının yerləşdirildikləri düşərgələr arasında paylanılacaq.

BMT AK qaçqınlara yardım üçün Özbəkistana öz əməkdaşlarının artıq ilk qrupunu göndərib. Agentlik Qırğızıstana fövqəladə vəziyyətlər üzrə mütəxəssislərin göndərilməsini də planlaşdırır.

BMT AK Qırğızıstanın cənubunda ötən cümə axşamından zorakılığın sürətlə yayılmasından narahatdır. Həmin zorakılıq halları nəticəsində yüzlərlə adam öldürülüb, yüz minlərlə adam ev-eşiyini itirib və ölkəni tərk etməyə məcbur olub.

Qırğızıstanın cənubunda iğtişaşların başlandığı andan, Özbəkistan 100 minə yaxın qaçqın qəbul edib. Onların əksəriyyətini qadınlar, uşaqlar və qocalar təşkil edir. Qonşu respublikadan olan qaçqınlar çadır-düşərgələrində yerləşdirilib, ərzaqla, psixoloji və tibbi yardımla təmin edilib.

Xəbər lenti

Xəbər lenti