...

İrandan Azərbaycana qanunsuz yolla keçirilən çoxlu sayda mobil telefon aşkarlanıb

Siyasət Materials 16 İyun 2010 13:23 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin mətbut xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Siyasət Rəsulov idarə etdiyi "Kamaz" markalı yük maşını ilə İrandan Azərbaycana gələrkən, Astara Gömrük İdarəsinin yük şöbəsində yükə baxış keçirilib.
İrandan Azərbaycana qanunsuz yolla keçirilən çoxlu sayda mobil telefon aşkarlanıb

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir K.Zərbalıyeva/

İrandan Azərbaycana qanunsuz yolla keçirilən çoxlu sayda mobil telefon aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbut xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Siyasət Rəsulov idarə etdiyi "Kamaz" markalı yük maşını ilə İrandan Azərbaycana gələrkən, Astara Gömrük İdarəsinin yük şöbəsində yükə baxış keçirilib.

Baxış zamanı avtomobildə yük sənədlərinə əsasən, Bakı şəhəri, Firudin Nəcəfovun adına gətirilən "Calsium carbonat" yüklü kisələrin arasında gömrük nəzarətindən gizlədilmiş beş ədəd polietilen bağlamada 25 model olmaqla, cəmi 99 ədəd müxtəlif markalı mobil telefon və həmin telefonlar üçün 656 ədəd aksesuar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti