...

Vatikanın mədəniyyət üzrə Pantifik Şurasının ölkəmizdə səfərdə olan prezidentinin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Siyasət Materials 17 İyun 2010 14:54 (UTC +04:00)
Vatikanın mədəniyyət üzrə Pantifik Şurasının ölkəmizdə səfərdə olan prezidenti, arxiyepiskop Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub
Vatikanın mədəniyyət üzrə Pantifik Şurasının ölkəmizdə səfərdə olan prezidentinin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

İyunun 17-də Vatikanın mədəniyyət üzrə Pantifik Şurasının ölkəmizdə səfərdə olan prezidenti, arxiyepiskop Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Qonaqlara Ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş eksponatlar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi fond təhsil, səhiyyə, elm və digər sahələrdə genişmiqyaslı layihələr həyata keçirir.

Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.

Qonaqlar görkəmli şəxsiyyətin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərlə, ulu öndər haqqında kitablarla tanış olmuşlar. Heydər Əliyevin 1997-ci ildə İtaliyaya rəsmi səfəri zamanı Vatikanda Papa II İohann Pavel ilə şəkli maraqla qarşılanıb.

Sonda arxiyepiskop Canfranko Ravazi fondun "Xatirə kitabı"na ürək sözlərini yazıb.

Xəbər lenti

Xəbər lenti