...

Azərbaycan Aİ-yə üzv olan və quruma daxil olmayan ölkələrin hökumət nümayəndələrinin konfransında iştirak edəcək

Siyasət Materials 18 İyun 2010 16:41 (UTC +04:00)
Avropa Xalq Partiyasının təşəbbüsü ilə sabah İtaliyada Avropa İttifaqına üzv olan və quruma daxil olmayan ölkələrin hökumət nümayəndələrinin konfransı
Azərbaycan Aİ-yə üzv olan və quruma daxil olmayan ölkələrin hökumət nümayəndələrinin konfransında iştirak edəcək

Аzərbaycan, Bakı, 18 iyun /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Aİ-yə üzv olan və quruma daxil olmayan ölkələrin hökumət nümayəndələrinin konfransında iştirak edəcək.

Avropa Xalq Partiyasının təşəbbüsü ilə sabah İtaliyada Avropa İttifaqına üzv olan və quruma daxil olmayan ölkələrin hökumət nümayəndələrinin konfransı baş tutacaq. Konfransın işində AŞ PA-nın vitse-prezidenti, Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək. Bu barədə Trend-ə Azərbaycanın İtaliyadakı səfiri Emil Kərimov məlumat verib.

Görüşdə Fransanın Avropa işləri üzrə naziri, İtaliya, Türkiyə, Macarıstan, Malta, Bolqarıstan, Moldova və digər ölkələrin xarici işlər nazirlərinin iştirakı gözlənilir.

Konfransda Aİ və qonşu ölkələrin aktual problemləri, o cümlədən müxtəlif dövlətlərdə siyasi vəziyyət və Rusiya ilə münasibətlər gözdən keçiriləcək.

Xəbər lenti

Xəbər lenti