...

Polşa prezidentinə seçkilərdə Azərbaycanda olan bütün seçicilər iştirak edib (YENİLƏNİB)

Siyasət Materials 20 İyun 2010 22:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun /Trend müxb. S.Ağayeva/

"Polşada növbədənkənar prezident seçkiləri keçirilən zaman Azərbaycanda olan və seçki siyahısında qeydə alınan 31 Polşa vətəndaşından hamısı səsvermədə iştirak edib", -  bazar günü Trend-ə səfirliyin ikinci katibi Yan Brodovski deyib.

Səfirlikdə 22 saylı seçki məntəqəsi yaradılıb və hal-hazırda Azərbaycanda olan bütün Polşa vətəndaşlarının burada səs vermək imkanı olub.

Seçki məntəqəsi səhər saat səkkizdən açılıb və öz işini saat 20.00-da yekunlaşdırıb.

Polşa qanunlarına görə, xaricdə yaşayan bütün ölkə vətəndaşları, həmin ölkə ərazisində yaradılan seçki məntəqələrində səs verə bilərlər.

Bakıda səsvermənin nəticələri  Polşada səsvermə yekunlaşdıqdan sonra bilinəcək.
 
Polşada bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Səsvermə siyahılarına 30 milyon 505 min 68 seçici adı qeydə alınıb. 25 min 774 seçki məntəqəsi yaradılıb, onlardan 268 dənəsi xarici ölkələrdə yerləşir.

Xəbər lenti

Xəbər lenti