...

Azərbaycan və Çinin hakim partiyaları əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

Siyasət Materials 21 İyun 2010 13:24 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov bazar ertəsi Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çjan Yannyan ilə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparıb, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı əlaqələrin daha da möhkəmləndirilməsini müzakirə edib. Bu barədə bazar ertəsi YAP-ın rəsmi saytında bildirilir.
Azərbaycan və Çinin hakim partiyaları əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir M. Əliyev/

Azərbaycan və Çinin hakim partiyaları əlaqələrin möhkəmləndirilməsini müzakirə edib.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov bazar ertəsi Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çjan Yannyan ilə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparıb, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı əlaqələrin daha da möhkəmləndirilməsini müzakirə edib. Bu barədə bazar ertəsi YAP-ın rəsmi saytında bildirilir.

Görüşdə, həmçinin, qarşıdan gələn Parlament seçkiləri və ona hazırlıq prosesi haqqında bəhs edilib.

Xəbər lenti

Xəbər lenti