...

İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Siyasət Materials 22 İyun 2010 19:53 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Silvia Mayer-Kaybiçin etimadnaməsini qəbul edib.
İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Silvia Mayer-Kaybiçin etimadnaməsini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Silvia Mayer-Kaybiç fəxri qarovul dəstəsinin qarşısından keçib.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın bundan sonra da genişləndirilməsinin zəruriliyi vurğulanıb. Səfir qeyd edib ki, ölkəsi ilə Azərbaycan arasında iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafı onun səfir kimi qarşısında duran ən əsas vəzifələrdəndir. Xanım Silvia Mayer-Kaybiç ölkəsinin Azərbaycanda səfirliyinin açılması üçün bütün lazımi tədbirlərin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti