...

Azərbaycanın xarici işlər naziri Avstriya nümayəndə heyəti ilə görüşüb

Siyasət Materials 24 İyun 2010 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə axşamı Avstriya-Azərbaycan Ticarət Palatasının üzvü Qabriel Lanskini və AŞPA-nın keçmiş prezidenti, Beynəlxalq Sülh İnstitutunun direktoru Piter Şideri qəbul edib. Bu barədə XİN-in mətbuat mərkəzinin məlumatında deyilir.

Görüşdə Azərbaycan-Avstriya əlaqələrinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, Bakıda Avstriya səfirliyinin açılmasının iqtisadi, mədəni və digər münasibətlərə töhfə verəcəyi qeyd olunub.

Xəbər lenti

Xəbər lenti