...

Azərbaycan düzgün yoldadır - AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi

Siyasət Materials 24 İyun 2010 21:53 (UTC +04:00)
Azərbaycan düzgün yoldadır. Trend-in məlumatına görə bu fikirləri "Azərbaycanda demokratik təsisatların fəaliyyəti" adlı məruzə müzakirəsi zamanı çıxışında AŞ PA Azərbaycan üzrə həmməruzəçisi Cozef Debono Qrex deyib.
Azərbaycan düzgün yoldadır - AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi

Fransa, Strasburq, 24 iyun/ Trend, müxbir A.Məhərrəmli/

Azərbaycan düzgün yoldadır. Trend-in məlumatına görə, bu fikirləri "Azərbaycanda demokratik təsisatların fəaliyyəti" adlı məruzə müzakirəsi zamanı çıxışında AŞ PA Azərbaycan üzrə həmməruzəçisi Cozef Debono Qrex deyib.

6 aydır Azərbaycan üzrə həmməruzəçi təyin olunduğunu qeyd edən Cozef Debona Qrex ölkəyə iki səfər etdiyini bildirib.

"Həmməruzəçi kimi Azərbaycana iki dəfə səfər etmişəm. Azərbaycan 10 ildir ki, -nin üzvüdür. İllərlə sovet rejimində yaşayan ölkə tez bir zamanda demokratiya sahəsində AŞ-nin bütün dəyərlərini özününkü edə bilməz. Azərbaycana səfərim və keçirdiyim görüşlər zamanı bu sahədə irəliləyişlərin olduğunun şahidi oldum. Bu irəliləyişlər ləng ola bilər, amma ölkə düzgün istiqamətdədir. Ümid edirəm ki, Azərbaycan gələcəkdə AŞ dəyərlərini regionda daha yüksək səviyyədə təşviq edəcək. Həm də ümid edirəm ki, AŞ-nin, hökumətin və müxalifətin yardımı ilə ölkə demokratikləşmə sahəsində irəliləyişlər əldə edəcək" - həmməruzəçi bildirib.

Xəbər lenti

Xəbər lenti