...

Azərbaycanın hakim partiyası seçicilərin dəstəyinə səbəb olacaq namizədlərin siyahısını hazırlayacaq - sədr müavini Əli Əhmədov

Siyasət Materials 25 İyun 2010 12:38 (UTC +04:00)
Azərbaycanın hakim partiyası seçicilərin dəstəyinə səbəb ola biləcək namizədlərin siyahısını hazırlayacaq, - bunu cümə günü Trend-ə Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov deyib.
Azərbaycanın hakim partiyası seçicilərin dəstəyinə səbəb olacaq namizədlərin siyahısını hazırlayacaq - sədr müavini Əli Əhmədov

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir T. Hacıyev/

Azərbaycanın hakim partiyası seçicilərin dəstəyinə səbəb ola biləcək namizədlərin siyahısını hazırlayacaq, - bunu cümə günü Trend-ə Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov deyib.

"Namizədlərin siyahısının hazırlığı ilə bağlı iş gedir. Partiyamız seçicilərin dəstəyinə səbəb ola biləcək namizədlərin siyahısını hazırlayacaq ki, bu, bizim seçki konsepsiyamızın uğurla həyata keçirilməsinə kömək edəcək", - Əhmədov deyib.

Azərbaycanda Parlament seçkilərinin noyabrın birinci həftəsində keçirilməsi nəzərdə tutulur. Quruma son seçkilər 2005-ci ilin noyabr ayında olub. Azərbaycanda Parlament seçkiləri majoritar sistemlə 125 seçki dairəsində keçirilir.

Əhmədov bildirib ki, partiyanın mövqeyi həm gənclərə, həm də qadınlara Azərbaycanın ictimai-siyasi həyatında geniş yer verməkdən ibarətdir.

"Parlament seçkilərində sözügedən məsələ bu və ya digər dərəcədə əks olunacaq. Amma bu barədə söz demək çətindir. Çünki seçilmək üçün, ilk növbədə, seçicilərin rəğbətini qazanmaq lazımdır. Əgər bu parametrlərə cavab verən gənclər və qadınlar olarsa, bizim üçün sevindirici olacaq", - YAP rəsmisi bildirib.

Xəbər lenti

Xəbər lenti