...

İlham Əliyev Lerikdə Uzunömürlülər muzeyinin açılışında iştirak edib

Siyasət Materials 25 İyun 2010 18:59 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Lerikdə Uzunömürlülər muzeyinin açılışında iştirak edib.
İlham Əliyev Lerikdə Uzunömürlülər muzeyinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Lerikdə Uzunömürlülər muzeyinin açılışında iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı açılışı bildirən lenti kəsib, muzeylə yaxından tanış olub.

Məlumat verilib ki, bu muzeyin məhz Lerikdə yaradılması təsadüfi deyil. Bu rayon dünyada uzunömürlülər diyari kimi şöhrət qazanıb. Dağlar qoynunda yerləşən Lerik rayonunda vaxtilə 500 nəfərdən çox uzunömürlü insan yaşayıb. Hazırda rayonun yaşı 100-ü keçmiş 20-dən çox sakini var.

Dünyada yeganə olan bu muzeyin binası müasir memarlıq elementlərindən istifadə edilməklə inşa olunub. İki salondan ibarət muzeydə yaşı yüzdən yuxarı olan 50-dən çox lerikli haqqında 2 mindən çox eksponat, o cümlədən maraqlı məlumatlar, fotoşəkillər yer alıb. Muzeydəki 40-dək fotoşəklin müəllifi olan fransız fotoqrafı Fredrik Laşop bu əsərlərini Parisdə təşkil etdiyi "Uzunömürlülər diyarına səyahət" sərgisində nümayiş etdirib. Muzeydə planetin ən uzunömürlü sakini adını qazanmış Şirəli Müslümova, Mahmud Eyvazova və Məcid Ağayevə aid guşələr yaradılıb. Muzey böyük turizm potensialına malik Lerikə əlavə səyahət həvəskarlarının gəlməsinə səbəb olacaq.

Xəbər lenti

Xəbər lenti