...

Vaşinqton nə Moskva, nə də Tbilisi ilə münasibətləri korlamaq istəmir – ekspertlər

Siyasət Materials 28 İyun 2010 17:05 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obamanın və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin son görüşü göstərdi ki, Vaşinqton Rusiyanın Gürcüstanla olan münaqişəsinə görə Moskva ilə münasibətlərdə riskə getmək istəmir, lakin Birləşmiş Ştatlar Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək.
Vaşinqton nə Moskva, nə də Tbilisi ilə münasibətləri korlamaq istəmir – ekspertlər

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir E.Tariverdiyeva/

ABŞ Prezidenti Barak Obamanın və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin son görüşü göstərdi ki, Vaşinqton Rusiyanın Gürcüstanla olan münaqişəsinə görə Moskva ilə münasibətlərdə riskə getmək istəmir, lakin Birləşmiş Ştatlar Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək. Ekspertlər belə düşünür.

"Rusiya və Gürcüstanla pis münasibətlər ABŞ-ın marağında deyil, odur ki, Vaşinqton laqeydlik göstərməyərək hər iki cəbhədə irəliləyişə nail olmaq istəyir", - Cənubi Qafqaz üzrə amerikalı ekspert Roman Muzalevski belə fikirləşir.

"Rusiya və ABŞ arasında Gürcüstan məsələsi ilə bağlı fikir ayrılığı qalır, lakin regionda sabitliyin qorunması perspektivi mövcuddur", - ABŞ prezidenti iyunun 24-də rusiyalı həmkarı ilə görüşdən sonra bəyan edib. - Gürcüstana gəldikdə, fikir ayrılığı var, lakin bununla yanaşı, biz stabil vəziyyətin qorunması persektivini görürük".

Medvedevin ABŞ-a səfərinə az qalmış Prezident Obama Konqresə müraciətində Gürcüstandakı vəziyyətin Rusiya ilə nüvə əməkdaşlığı üzrə razılaşmaya qayıtmaq üçün daha mane olmadığını təklif kimi irəli sürüb. Obama müraciətində Rusiya ilə "Saziş 123"ü tam dəstəklədiyini təfsilatı ilə əsaslandırıb. Prezident göstərib ki, təklif olunan sazişi bəyənir və hesab edir ki, bu sənəd ABŞ-ın ümumi müdafiəsini və təhlükəsizliyini möhkəmləndirəcək.

123 saylı saziş 2008-ci ilin mayında Moskvada imzalanıb. Sənəd iki ölkənin nüvə silahından sülh naminə istifadə edilməsi sahəsində əməkdaşlığının prinsiplərini müəyyənləşdirir. Həmin ilin sentyabrında ABŞ-ın eks-prezidenti Corc Buşun administrasiyası Rusiya-Gürcüstan hərbi münaqişəsindən sonra Konqresdən sazişi çıxarmışdı.

Obamanın müraciətində qeyd etdiyi kimi, indi Gürcüstandakı vəziyyəti təklif olunan sazişdə irəliləyişə nail olmaq üçün maneə kimi hesab etməyə ehtiyac yoxdur. Bundan başqa, Prezidentə ABŞ və Rusiyanın İranın nüvə problemi üzrə əməkdaşlığı cəlbedici görünür. Obamanın qeyd etdiyinə görə, bu mövzuda inkişaf bir sıra ikitərəfli qərar və sənədlərdə, o cümlədən bu yaxınlarda Praqada strateji hücum silahlarının azaldılması ilə bağlı imzalanan müqavilədə də öz əksini tapıb.

Bəzi amerikalı ekspertlərin fikrincə, Obama administrasiyası Rusiya ilə yaxşı münasibətlər qurmaq üçün Moskva ilə qarşıdurmada ABŞ-ın köməyinə arxalanan Gürcüstan və Moldovanı əldən verməyə hazırdır.

"The Washington Post"da Devid Kramerin yazdığına görə, Obama administrasiyasının Avropada adi silahlı qüvvələr üzrə müqavilənin yenidən bərpa edilməsinə olan marağı ehtiyat doğurur. Rusiya həmin müqavilədən 2007-ci ildə çıxıb. Moskva Gürcüstan və Moldovadan rus qoşunlarının çıxarılması ilə bağlı 1999-cu ildən İstanbul sazişini yerinə yetirməkdən imtina edir.

Muzalevskinin fikrincə, Rusiyanın beynəlxalq siyasətdə və hazırkı tarnsmilli təhdidlərdəki qlobal rolunu nəzərə alaraq, Gürcüstanın ABŞ tərəfindən kiçik tərəfdaş hesab olunmasını görmək asandır.

"Gürcüstan Prezidenti Mixail Saakaşvili bunu anlayır və buna görə də ABŞ və Rusiya arasında münasibətlərin normallaşdırılmasını Tbilisi və Moskva münasibətlərində mümkün irəliləyişlə bağlamağa səy göstərir", - Trend-ə elektron poçtla Con Hopkins Universitetinin Orta Asiya və Qafqaz üzrə analitiki Muzalevski bildirib.

Onun sözlərinə görə, ABŞ Rusiyaya hazırda Moskva və Tbilisi arasında həll edilməyən bütün məsələlərdə vaxt ötdükcə və Gürcüstanda rəhbərlik dəyişiləcəyi təqdirdə, ola bilsin ki, təzyiq göstərsin.

Gürcü ekspert Kaxa Qoqolaşvilinin fikrincə isə, Rusiyanın cəhdlərinə baxmayaraq, ABŞ Gürcüstanla bağlı məsələdə güzəştə getmək fikrində deyil.

"Rusiya ABŞ ilə münasibətlərini yaxınlaşdırmağa səy göstərir və Gürcüstanla bağlı mövzuda bunun müəyyən rol oynayacağını düşünür, lakin ABŞ dəfələrlə bəyan edib ki, bu məsələdə onlar güzəştə getmək fikrində deyillər", - Trend-ə Qoqolaşvili bildirib.

Digər gürcü ekspert Andro Barnovun fikrincə, görüşdə prioritet məhz regionda stabilliyin qorunması olub.

"Bu o deməkdir ki, bizə dövlət quruculuğunu və daha güclü dövlət institutlarını yaratmaqda davam etdirmək, daha güclü demokratiyaya nail olmaq üçün vaxt verilib. Bizə yaxın gələcəkdə Rusiyanın açıq təcavüzünün baş verməməsi üçün ümid verilir", - Baranov deyib.

Müstəqil gürcü ekspert Malxaz Lasabidze də hesab edir ki, ABŞ-ın "artıq gərginlik" prosesində Rusiyanın dəstəyinə ehtiyac duymasına baxmayaraq, onlar gündəlikdən Gürcüstan məsələsini çıxara bilməyiblər.

Rusiyalı siyasi ekspert, Chatham House London Araşdırmalar İnstituna dəvət edilmiş professor Yuri Fyodorov hesab edir ki, ilk növbəd,ə "artıq gərginlik" dedikdə nəyin nəzərdə tutulmasını anlamaq lazımdır.

"Düşünürəm ki, ABŞ tərəfindən Moskva və Vaşinqton arasında yeni sazişin bağlanması nəzərdə tutulub", - Fyodorov Azadlıq radiosuna müsahibəsində bildirib.

"Birləşmiş Ştatlar Rusiyaya xeyli ciddi güzəştə gediblər", - Fyodorov hesab edir.

"Mən Gürcüstanın NATO-ya dəvət edilməsi planından faktiki imtinanı nəzərdə tuturam. Çoxdandır ki, Rusiyanın Gürcüstana olan təcavüzü xatırlanmır", - o deyib.

Ekspertlərin fikrincə, ABŞ Rusiya ilə əməkdaşlıqda çox maraqlıdır ki, bu da regionda təhlükəsizliyi gücləndirəcək.

"Rusiyanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasından həm Moskva, həm də Vaşinqton ikitərəfli ticarət və müvafiq sərmayələrin genişlənməsi, xüsusilə də ərzaq və kənd təsərrüfatı sahələri üçün mənfəət götürəcək", - Muzalevski hesab edir.

Moskva və Vaşinqton arasında yeni iqtisadi əlaqələr siyasi təhlükəsizliyi də möhkəmləndirəcək. "İki ölkə arasındakı münasibətlər Əfqanıstan və İranla, kütləvi qırğın silahının yayılmaması, qlobal və regional miqyaslı digər məsələlərdə, o cümlədən Gürcüstan məsələsində də daha artıq irəliləyişlərə nail olmağa imkan verəcək", - Muzalevski qeyd edib.

Onun sözlərinə görə, çox şey Gürcüstanın Vaşinqton və Moskva ilə bağlı yaxın illər üçün nəzərdə tutulan siyasi kursundan da asılı olacaq.

Gürcü ekspert Soso Sinsadzenin fikrincə, Vaşinqton və Moskva arasında keçirilən istənilən danışıqlarda Gürcüstan mövzusu gündəlikdə stabil olaraq göstəriləcək.

Sinsadzenin sözlərinə görə, bu bəyanat üçün əsas iki ölkə rəhbəri arasındakı görüşdə Gürcüstanla bağlı söhbətin planlaşdırılmamasıdır. Lakin onlar bu adıçəkilən mövzudan yan keçə bilmədi və hətta ABŞ tərəfindən Gürcüstanın xeyrinə bəyanat da qəbul edildi.

"ABŞ Gürcüstanı güzəştə getmək niyyətində deyil və bu məsələdə Moskva və Vaşinqton arasında razılığa gəlmək demək olar ki, qeyri-mümkündür", - ekspert düşünür.

Xəbər lenti

Xəbər lenti