...

Azərbaycanın enerji sahəsindəki nailiyyətlərindən digər ölkələr də faydalana bilər - UNIDO-nun Baş Direktoru (FOTO)

Siyasət Materials 30 İyun 2010 18:32 (UTC +04:00)
Yumkella Azərbaycanın inkişafı barədə danışan Yumkella ölkənin dünya enerji bazarına verdiyi töhfəni və rəsmi Bakının Hasilat SənayesindəŞəffaflıq Təşəbbüsünə qatıldığını vurğulayıb.
Azərbaycanın enerji sahəsindəki nailiyyətlərindən digər ölkələr də faydalana bilər - UNIDO-nun Baş Direktoru (FOTO)

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Azərbaycanın enerji sahəsindəki nailiyyətlərindən digər ölkələr də faydalana bilər. Trend-in məlumatına görə, bu barədə BMT-nın Sənaye İnkişaf Təşkilatının (UNIDO) baş direktoru Kandeh Yumkella Azərbaycana ikigünlük səfəri çərçivəsində Azərbaycan Diplomatik Akademiyasında dünyanın inkişaf meyilləri ilə bağlı mərüzəsində bildirib.

Yumkella Azərbaycanın inkişafı barədə danışan Yumkella ölkənin dünya enerji bazarına verdiyi töhfəni və rəsmi Bakının Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünə qatıldığını vurğulayıb.

O, öz nitqində dünyada enerjiyə olan tələbatın dayanmadan artmasını və Yer kürəsi əhalisinin, xususən də Afrika ilə Asiya əhalisinin sürətlə artdığını vurğulayıb.

Etibarlı mənbələrə istinadən o qeyd edib ki, 2030-cu ilə qədər enerjiyə dünya üzrə tələbat 40-45 faiz arası artacaq. Eyni dövrə Afrika qitəsinin əhalisi indiki 1 milyarddan 1,3 milyarda qədər qalxacaq. Baş katib yaranan yeni şəraitdə, enerji resurslarından səmərəli istifadə və su ehtiyatlarının düzgün paylanılmasının ən vacib faktorlar olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti