...

Azərbaycanda parlament seçkiləri açıq olmalıdır – Aİ-nin xüsusi nümayəndəsi

Siyasət Materials 1 İyul 2010 17:08 (UTC +04:00)
Azərbaycanda parlament seçkiləri açıq olmalıdır. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi belə hesab edir.
Azərbaycanda parlament seçkiləri açıq olmalıdır – Aİ-nin xüsusi nümayəndəsi

Аzərbaycan, Bakı, 1 iyul /Trend, müxbir Т.Konyayeva/

Azərbaycanda parlament seçkiləri açıq olmalıdır. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi belə hesab edir.

"Seçkilər açıq olmalıdır, namizədlərin elektron KİV-ə, İctimai Televiziyaya azad çıxışı, həmçinin ictimai tədbirlər və mitinqlərin keçirilməsi vacibdir", - cümə axşamı Semnebi Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Azərbaycanda parlament seçkiləri noyabrın əvvəlinə nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti