...

Fransa Azərbaycanla münasibətlərə mühüm əhəmiyyət verir – Nikola Sarkozi

Siyasət Materials 2 İyul 2010 17:23 (UTC +04:00)
Fransa Prezidenti Nikola Sarkozi Azərbaycanla münasibətlərin əhəmiyyətini qeyd edir.
Fransa Azərbaycanla münasibətlərə mühüm əhəmiyyət verir – Nikola Sarkozi

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir S.Ağayeva/

Fransa Prezidenti Nikola Sarkozi Azərbaycanla münasibətlərin əhəmiyyətini qeyd edir.

"Fransa Azərbaycanla münasibətlərə mühüm əhəmiyyət verir və ümid edir ki, iki ölkə arasındakı münasibətlər gələcəkdə də inkişaf etməkdə davam edəcək", - Sarkozi Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovla görüşdə deyib. Bu barədə səfir Trend-ə məlumat verib.

Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri cümə günü Yelisey sarayında Prezident Sarkoziyə öz etimadnaməsini təqdim edib.

Xəbər lenti

Xəbər lenti