...

Azərbaycan MSK Avropa Şurası Venesiya Komissiyası ilə birgə seminar-treninq keçirəcək

Siyasət Materials 5 İyul 2010 16:07 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyası Avropa Şurası Venesiya Komissiyası ilə birgə seminar-treninq keçirəcək.
Azərbaycan MSK Avropa Şurası Venesiya Komissiyası ilə birgə seminar-treninq keçirəcək

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyası Avropa Şurası Venesiya Komissiyası ilə birgə seminar-treninq keçirəcək.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, MSK aşağı seçki komissiyalarının maarifləndirilməsi ilə əlaqədar növbəti tədbiri iyulun 7-də Avropa Şurasının Venesiya Komissiyası ilə birgə keçirəcək. Dairə seçki komissiyalarının şikayət və müraciətlərə baxan ekspert qruplarının üzvləri üçün nəzərdə tutlan treninqlər şikayət və müraciətlərə baxılması məsələlərinə həsr olunub.

Tədbir iki gün davam edəcək. Treninqlər Mərkəzi Seçki Komissiyasının və Avropa Şurası Venesiya Komissiyasının mütəxəssisləri tərəfindən keçiriləcək.

Azərbaycanda parlament seçkilərinin noyabrın birinci həftəsində keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti