...

Heydər Əliyev Fondunun tapşırığına əsasən Gürcüstanın Marneuli rayonunun kitabxanasına kitablar hədiyyə edilib

Siyasət Materials 5 İyul 2010 17:18 (UTC +04:00)
Azərbaycanın Gürcüstandakı səfirliyi Heydər Əliyev Fondunun tapşırığına əsasən humanitar yardım qismində Marneuli rayonunun Sadaxlı kəndinin Mədəniyyət evinin kitabxanasına 50 adda bədii ədəbiyyat (Azərbaycan və xarici) verib.
Heydər Əliyev Fondunun tapşırığına əsasən Gürcüstanın Marneuli rayonunun kitabxanasına kitablar hədiyyə edilib

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Gürcüstandakı səfirliyi Heydər Əliyev Fondunun tapşırığına əsasən humanitar yardım qismində Marneuli rayonunun Sadaxlı kəndinin Mədəniyyət evinin kitabxanasına 50 adda bədii ədəbiyyat (Azərbaycan və xarici) verib. Bu barədə səfirliyin məlumatında deyilir.

Hədiyyə qismində verilən kitablar Azərbaycan Prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamına uyğun olaraq dərc edilib.

Səfirlik əvvəllər də Gürcüstanda fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzləri və məktəblərinə belə kitablar hədiyyə edib.

Xəbər lenti

Xəbər lenti