...

Beynəlxalq təşkilatların və Azərbaycan hökumətinin məqsədi demokratik seçkilərin keçirilməsidir – Veronika Kotek

Siyasət Materials 7 İyul 2010 12:15 (UTC +04:00)
Avropa Şurası və digər beynəlxalq təşkilatların, eləcə də Azərbaycan hökumətinin məqsədi Azərbaycanda şəffaf, açıq və demokratik seçkilərin keçirilməsidir. Bu barədə Avropa Şurasının Bakı ofisinin rəhbəri Veronika Kotek Mərkəzi Seçki Komissiyası (MSK) və Venesiya Komissiyası tərərfindən təşkil olunan seminar-təlimdə deyib.
Beynəlxalq təşkilatların və Azərbaycan hökumətinin məqsədi demokratik seçkilərin keçirilməsidir – Veronika Kotek

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir T.Hacıyev/

Avropa Şurası və digər beynəlxalq təşkilatların, eləcə də Azərbaycan hökumətinin məqsədi Azərbaycanda şəffaf, açıq və demokratik seçkilərin keçirilməsidir. Bu barədə Avropa Şurasının Bakı ofisinin rəhbəri Veronika Kotek Mərkəzi Seçki Komissiyası (MSK) və Venesiya Komissiyası tərərfindən təşkil olunan seminar-təlimdə deyib.

"Qarşıdan gələn Parlament seçkiləri Azərbaycan üçün demokratiya sınağı olacaq və seçki komissiyalarının əvvəlki seçkilərdən nə dərəcədə nəticə çıxardığını aşkar edəcək", - Kotek bildirib.

Kotek MSK-nın seçkilərə hazırlıq prosesi üzrə işini yüksək qiymətləndirib.

Azərbaycanda Parlament seçkilərinin keçirilməsi noyabrın birinci həftəsinə planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti