...

İran XİN başçısı "D8" sammiti çərçivəsində iştirak məqsədilə Nigeriyaya səfər edir

Siyasət Materials 7 İyul 2010 13:18 (UTC +04:00)
İran XİN başçısı Mənuçöhr Möttəki "D8" qrupu kimi məşhur olan inkişaf etmiş "səkkizlik"in XİN başçılarının toplantısında iştirak etmək məqsədilə Nigeriyaya səfər edir, - Press-TV məlumat verir.
İran XİN başçısı "D8" sammiti çərçivəsində iştirak məqsədilə Nigeriyaya səfər edir

Azərbaycan, Bakı, 7 iyul /Trend/

İran XİN başçısı Mənuçöhr Möttəki "D8" qrupu kimi məşhur olan inkişaf etmiş "səkkizlik"in XİN başçılarının toplantısında iştirak etmək məqsədilə Nigeriyaya səfər edir, - Press-TV məlumat verir.

Xarici siyasət təsisat başçılarının toplantısında "D8"in yeddinci sammitinin son günündə təsdiq olunacaq son bəyannamə nəzərdən keçiriləcək.

Nazirlərin görüşü çərçivəsində Möttəki iştirakçı ölkələr arasında əməkdaşlığın genişləndirilməsi təklifi ilə çıxış edəcək.

Əsas mövzusu "D8" üzv ölkələri arasında investisiya əməkdaşlığının genişləndirilməsi" olan zirvə görüşü öz işinə 4 iyulda başlayıb və 8 iyula kimi davam edəcək.

Toplantı ərəfəsində müzakirə ediləcək məsələlər arasında "D8" ölkələrinin 2008-2010-cu illərdə iqtisadi əməkdaşlıq qrafikinə, eləcə də, turizm, bank, nəqliyyat, energetika və texnologiya sahəsində əməkdaşlıq məsələlərinə baxılacaq.

"D8" iştirakçıları səkkiz inkişaf etmiş ölkədir: İran, İndoneziya, Malayziya, Türkiyə, Misir, Banqladeş, Nigeriya və Pakistan.

Xəbər lenti

Xəbər lenti