...

Azərbaycanda külli miqdarda pul vəsaitini talama cinayətlərində təqsirləndirilən "Dəmirbank" ASC-nin filial rəhbərliyinin istintaqı başa çatıb

Siyasət Materials 7 İyul 2010 15:53 (UTC +04:00)
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda pul vəsaitini talama cinayətlərində təqsirləndirilən "Dəmirbank" ASC-nin "Gəncə-2" filialının rəhbərliyinin istintaqı başa çatıb.
Azərbaycanda külli miqdarda pul vəsaitini talama cinayətlərində təqsirləndirilən "Dəmirbank" ASC-nin filial rəhbərliyinin istintaqı başa çatıb

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda pul vəsaitini talama cinayətlərində təqsirləndirilən "Dəmirbank" ASC-nin "Gəncə-2" filialının rəhbərliyinin istintaqı başa çatıb. Məlumatı çərşənbə günü Respublika Prokurorluğunun mətbuat xidməti yayıb.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsində istintaq olunan vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda pul vəsaitini talama cinayətlərində təqsirləndirilən "Dəmirbank" ASC-nin "Gəncə-2" filialının müdiri vəzifəsində işləmiş Fərid Qurbanov, filialın xəzinədarı Zabil Həsənov və sahibkarlıq fəaliyyəti ilə məşğul olan Malik Hüseynovun Cinayət Məcəlləsinin (külli miqdarda mənimsəmə və ya israfetmə) 179.3.2 və (vəzifə saxtakarlığı) 313-cü maddələri ilə ittiham edilmələrinə dair cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilib. Bu barədə məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti