...

İlham Əliyev Misirin neft nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 7 İyul 2010 15:53 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Misirin neft naziri Samih Fehminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İlham Əliyev Misirin neft nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Misirin neft naziri Samih Fehminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı Azərbaycanla Misir arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib. Bu yaxınlarda Misirin xarici işlər nazirinin ölkəmizə səfəri zamanı səmərəli müzakirələr aparıldığını vurğulayan Prezident İlham Əliyev dost ölkələr olan Azərbaycanla Misir arasında əməkdaşlığı bütün sahələrdə daha da inkişaf etdirməyin zəruriliyini bildirib. Misirin neft naziri Samih Fehminin ölkəmizə səfərinin enerji sahəsində əlaqələri inkişaf etdirmək üçün yaxşı fürsət yaratdığını qeyd edən Prezident İlham Əliyev qonağın Bakıda keçirəcəyi görüşlər zamanı birgə fəaliyyət üçün məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu bildirib.

Misirin neft naziri Samih Fehmi ölkəmizə səfərinin yenicə başlamasına baxmayaraq, burada gördüklərindən təəssüratlandığını vurğulayıb. Ölkələrimiz arasında əlaqələri genişləndirmək üçün maraqlı planların olduğunu deyən Misirin neft naziri onların həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti