...

Astanada Azərbaycan DİN-in səlahiyyətli nümayəndəsi öz işinə başlayıb

Siyasət Materials 9 İyul 2010 19:11 (UTC +04:00)
Cümə günü Astanada Qazaxıstan Daxili İşlər Nazirliyində bu ölkənin daxili işlər nazirinin müavini Amantay Əbubəkirovun Azərbaycan Daxili İşlər Nazirliyinin səlahiyyətli nümayəndəsi Dövlət Səfərovla onun Qazaxıstana təyin olunması münasibətilə görüşü olub.
Astanada Azərbaycan DİN-in səlahiyyətli nümayəndəsi öz işinə başlayıb

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir V.Javoronkova/

Cümə günü Astanada Qazaxıstan Daxili İşlər Nazirliyində bu ölkənin daxili işlər nazirinin müavini Amantay Əbubəkirovun Azərbaycan Daxili İşlər Nazirliyinin səlahiyyətli nümayəndəsi Dövlət Səfərovla onun Qazaxıstana təyin olunması münasibətilə görüşü olub. Bu barədə Trend-ə Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

"Görüş iştirakçıları qarşılıqlı fəaliyyətin vəziyyəti, Qazaxıstan və Azərbaycan daxili işlər orqanlarının əməliyyat-axtarış fəaliyyətinin müxtəlif istiqamətləri üzrə gələcək əməkdaşlığının genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar", - mətbuat xidmətindən deyiblər.

"Görüş qarşılıqlı anlaşma və ənənəvi konstruktiv dialoq şəraitində keçib", - nazirlikdən bildiriblər.

Xəbər lenti

Xəbər lenti