...

Azərbaycan Prezidenti Gürcüstan Prezidenti ilə görüşüb

Siyasət Materials 18 İyul 2010 15:40 (UTC +04:00)
Iyulun 18-də Batumidə Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin təkbətək görüşü olmuşdur. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti Gürcüstan Prezidenti ilə görüşüb

Iyulun 18-də Batumidə Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin təkbətək görüşü olmuşdur. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Görüşdə ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edildi və əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

Görüşdə ikitərəfli və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Xəbər lenti

Xəbər lenti