...

Azərbaycan Parlamentinin sədri erməni həmkarı ilə görüşüb

Siyasət Materials 19 İyul 2010 19:05 (UTC +04:00)
BMT-nin Cenevrədəki qərargahında təşkilatın baş katibi Pan Gi Munun iştirakı ilə bazar ertəsi parlament spikerlərinin 3-cü Ümumdünya konfransının açılışı olub.
Azərbaycan Parlamentinin sədri erməni həmkarı ilə görüşüb

Azərbaycan, Bakı, 19 iyul /Trend/

BMT-nin Cenevrədəki qərargahında təşkilatın baş katibi Pan Gi Munun iştirakı ilə bazar ertəsi parlament spikerlərinin 3-cü Ümumdünya konfransının açılışı olub. Bu barədə Azərbaycan Milli Məclisinin məlumatında deyilir.

Pan Gi Mun parlamentlərin BMT ilə əməkdaşlığının vacibliyini qeyd edib, bu əməkdaşlıqda və parlamentlərin fəaliyyətində dörd istiqamətin mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulayıb.

"Dünyamızın və zəmanəmizin təhlükələrdən xilas olunması, dünyada stabilləşmənin təmin olunması və milli konfliktlərin aradan qaldırılması, böhranlardan müdafiə və iqtisadi inkişafa nail olunması, eləcə də dünyanın silahsızlaşdırılması və nüvə təhlükəsindən qorunması işində parlamentlər fəaliyyətini gücləndirməli və öz töhfələrini verməlidirlər", - Pan Gi Mun bildirib.

BMT baş katibinin çıxışından sonra konfransın gündəliyi təsdiq olunub və gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb.

Tədbir çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov Ermənistan parlamentinin sədri Ovik Abramyanla görüşüb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Oqtay Əsədovun iyulun 21-də konfransda çıxışı gözlənilir.

Xəbər lenti

Xəbər lenti