...

Türkmənistan XİN rəhbəri Əfqanıstana sülh təşəbbüsü ilə yola düşüb

Siyasət Materials 20 İyul 2010 14:43 (UTC +04:00)
Türkmənistanın xarici işlər naziri, Baş nazirin müavini Rəşid Meredov çərşənbə axşamı Kabilə yola düşüb. Bu barədə rəsmi türkmən mənbəyi xəbər verib.
Türkmənistan XİN rəhbəri Əfqanıstana sülh təşəbbüsü ilə yola düşüb

Türkmənistan, Aşqabad, 20 iyul /Trend, müxbir H.Həsənov/

Türkmənistanın xarici işlər naziri, Baş nazirin müavini Rəşid Meredov çərşənbə axşamı Kabilə yola düşüb. Bu barədə rəsmi türkmən mənbəyi xəbər verib.

Meredov Əfqanıstan üzrə beynəlxalq konfransda iştirak edəcək.

Türkmənistan Əfqanıstanla həmsərhəddir və təxminən, bir ay əvvəl Aşqabadda BMT-nin himayəsi ilə əfqanlararası sülh danışıqlarının keçirilməsi barədə fikir səslənib.

"Türkmən tərəfi öz siyasi məkanını BMT-nin himayəsi altında əfqanlararası sülh danışıqlarının keçirilməsi və bu proses üçün bütün zəruri şəraiti yaratmağa hazırdır", - Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov Şanxay Əməkdaşlıq Təşkilatı Üzv Dövlət Rəhbərlərinin Şurasının iclasında deyib.

"Biz Əfqanıstandakı vəziyyətin sülh yolu ilə nizamlanmasına tərəfdarıq. Bu isə öz növbəsində, Əfqanıstan probleminin yeni siyasi-diplomatik mexanizmlərinin işlənməsi deməkdir", - o qeyd edib. 2007-ci ilin dekabrında Aşqabadda BMT-nin Mərkəzi Asiya üçün qabaqcıl diplomatiya üzrə regional mərkəzi açılıb.

Türkmənistan qonşu dövlətə humanitar yardım göstərir və sosial infrastruktur obyektləri tikir, elektrik enerjisi və yanacaq təchizatı güzəştli şərtlər əsasında həyata keçirilir.

Bundan başqa, Əfqanıstanın adı ilə, Hindistan və Pakistana türkmən qazının nəqli üzrə genişmiqyaslı layihə də bağlıdır.

Xəbər lenti

Xəbər lenti