...

Azərbaycan özünü ABŞ-ın əsas tərəfdaşlarından biri kimi göstərib – Metyu Brayza

Siyasət Materials 23 İyul 2010 10:51 (UTC +04:00)
Azərbaycan özünü ABŞ-ın əsas tərəfdaşlarından biri qismində göstərib. Bu barədə ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd Metyu Brayza Senatda namizədliyi üzrə dinləmələr zamanı deyib. Xəbəri ABŞ Senatının Xarici əlaqələr komitəsinin saytı yayıb.
Azərbaycan özünü ABŞ-ın əsas tərəfdaşlarından biri kimi göstərib – Metyu Brayza

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir İ.Hüseynov/

Azərbaycan özünü ABŞ-ın əsas tərəfdaşlarından biri qismində göstərib. Bu barədə ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd Metyu Brayza Senatda namizədliyi üzrə dinləmələr zamanı deyib. Xəbəri ABŞ Senatının Xarici əlaqələr komitəsinin saytı yayıb.

"Azərbaycan özünü ABŞ-ın əsas tərəfdaşlarından biri qismində göstərib. Azərbaycan terrorizmlə mübarizə sahəsinə böyük töhfə verib, bizimlə bir çox mühüm təşəbbüslər üzrə əməkdaşlıq edir", - Brayza bildirib.

Səfir vəzifəsinə namizəd senatorları Azərbaycan haqqında məlumatlandırıb.

"Azərbaycan Amerika Birləşmiş Ştatlarının mühüm tərəfdaşıdır. Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın astanasında yerləşən və İranla həmsərhəd olan Azərbaycan, əhalisi əsas etibarilə müsəlman etiqadlı dünyəvi dövlətdir. Azərbaycan karbohidrogen ehtiyatları sayəsində dünyada son illər iqtisadiyyatı yüksək templə inkişaf edən ölkələrdən birinə çevrilib", - Brayza qeyd edib.

Brayzanın sözlərinə görə, 11 Sentyabr terror aktlarından sonra, Azərbaycan ABŞ-ın hərbi təyyarələri üçün öz hava məkanını açıb. Bu gün Azərbaycan, Əfqanıstana istiqamətlənən koalisiyanın təyyarələrinin yanacaqla doldurulmasına və yüklərinin daşınmasına qiymətli yardım edir. Ölkə Əfqanıstan yolunda öz ərazisi vasitəsilə yüklərin tranzit edilməsi üçün ABŞ-ın vacib tərəfdaşıdır. Azərbaycan Əfqanıstan, Kosovo və İraqda əməliyyatlar aparmaq üçün sülhməramlı qüvvələri də göndərib.

Brayza çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi probleminə toxunub.

"Mən, vəzifəyə təyin ediləcəyim təqdirdə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına kömək etmək üçün əlimdən gələni əsirgəməyəcəyəm. Bu münaqişənin hərbi həlli ola bilməz, çox güman ki, danışıqların aparılması və dialoq bu məsələnin həll edilməsində və Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında əsas rol oynayır. Əgər mən təsdiq edilsəm, ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsində məni əvəz edən Robert Bradtkeyə və onun iki həmkarına münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün istənilən yardımı göstərəcəyəm", - Brayza qeyd edib.

Xəbər lenti

Xəbər lenti