...

Azərbaycan Prezidenti Gürcüstanın Baş nazirini qəbul edib

Siyasət Materials 23 İyul 2010 15:59 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 23-də Gürcüstanın Baş naziri Nika Qilaurini qəbul edib.
Azərbaycan Prezidenti Gürcüstanın Baş nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 23-də Gürcüstanın Baş naziri Nika Qilaurini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Baş nazir Nika Qilauri Gürcüstan Prezidenti Mixail Saakaşvilinin salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyevin Gürcüstana son səfərinə toxunan Baş nazir bu səfər zamanı əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində qəbul edilən qərarların önəmini vurğulayıb. O, ölkəmizə səfərinin əsas məqsədlərindən birinin həmin qərarların yerinə yetirilməsi ilə bağlı olduğunu qeyd edib.

Batumidə danışıqların yekunları ilə bağlı hökumətə müvafiq tapşırıqlar verdiyini bildirən dövlətimizin başçısı Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının iclaslarında bu məsələlərin həllinin reallaşacağına ümidvar olduğunu bildirib.

Dövlətimizin başçısı Gürcüstan Prezidenti Mixail Saakaşvilinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstanın dövlət başçısına çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti