...

Küveyt əmiri yaxın vaxtlarda Azərbaycana səfər edəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 İyul 2010 14:46 (UTC +04:00)
RED. əlavəsi: Azərbaycan səfirinin Küveyt əmiri ilə görüşünün təfərrüatları əlavə edilib
Küveyt əmiri yaxın vaxtlarda Azərbaycana səfər edəcək (ƏLAVƏ OLUNUB)

RED. əlavəsi: Azərbaycan səfirinin Küveyt əmiri ilə görüşünün təfərrüatları əlavə edilib

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir S. Ağayeva/

Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Sabah yaxın vaxtlarda Azərbaycana səfər etmək niyyətindədir. Bu barədə əmir Azərbaycanın Küveytdəki səfiri Şahin Abdullayevlə görüşdə bildirib. Trend-ə səfirlikdən məlumat veriblər.

Əmir Şeyx Sabah əl-Əhməd əl-Sabah möhkəm əsaslara malik olan iki ölkə arasında sıx əməkdaşlıq çərçivəsində yeni-yeni uğur və nailiyyətlərə imza atılacağını bildirib.

Əmir Şeyx Sabah əl-Əhməd Sabah Küveytin Azərbaycan ilə əlaqələrə xüsusi önəm verdiyini qeyd edərək, böyük məmnuniyyət hissi ilə yaxın vaxtlarda Azərbaycana səfər etmək niyyətində olduğunu nəzərə çatdırıb.

Görüş azərbaycanlı səfirin Küveytdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar keçirilib. Küveyt əmiri Şahin Abdullayevə ikitərəfli əlaqələrin inkişafında göstərdiyi xidmətə görə təşəkkür edib.

Səfir Ş.Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin Küveytin əmiri Şeyx Sabah əl-Əhməd əl-Sabaha səmimi salamlarını çatdırıb. Ş.Abdullayev Azərbaycanın İslam dünyası, o cümlədən, Körfəz ərəb dövlətlərinə və Küveytlə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirərək, Küveytin Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar birmənalı mövqeyini və Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməsinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Eyni zamanda, Azərbaycanın da Küveytə aid olan məsələlərdə fəal dəstəyini əsirgəmədiyini qeyd edib.

Küveyt-Azərbaycan əlaqələrini dostluq, qardaşlıq münasibəti kimi xarakterizə edən Küveyt əmiri Şeyx Sabah Əl-Əhməd əl-Sabah Küveytin daim qardaş Azərbaycan xalqının yanında olduğunu bildirib və iki ölkə arasında məhsuldar əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti