...

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin iki helikopteri yanğınların söndürülməsində iştirak etmək üçün Rusiyaya uçub (FOTO)

Siyasət Materials 4 Avqust 2010 10:05 (UTC +04:00)
Ми-17 və Ка-32А markalı helikopterlər 4 nəfər şəxsi heyətlə Voronej və Lipeçkə istiqamət götürüblər, Trend-in məlumatına görə, bu barədə jurnalistlərə FHN-in aviasiya qrupunun rəhbəri Əşrəf Qasımov deyib.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin iki helikopteri yanğınların söndürülməsində iştirak etmək üçün Rusiyaya uçub (FOTO)

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin iki helikopteri Rusiyada davam edən yanğınların söndürülməsində iştirak etmək üçün çərşənbə günü bu ölkəyə uçub.

Ми-17 və Ка-32А markalı helikopterlər 4 qrupda 19 nəfərlik şəxsi heyətlə Voronej və Lipetskə istiqamət götürüblər, Trend-in məlumatına görə, bu barədə jurnalistlərə FHN-in aviasiya qrupunun rəhbəri Əşrəf Qasımov deyib.

Onun sözlərinə görə, helikopterlər Rusiyada 2 həftə müddətində yanğınların söndürülməsində iştirak edəcək.

Qasımov bildirib ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyi daha artıq müddətə Rusiyada yanğınsöndürmə əməliyyatında iştirak edəcək, həm texnika, həm də şəxsi heyətin sayını artıracaq.

"Helikopterlər cümə axşamı yanğınların söndürülməsi əməliyyatlarına qatılacaq", Qasımov deyib.

Xəbər lenti

Xəbər lenti