...

Azərbaycan Prezidenti Niderland Krallığının ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Siyasət Materials 9 Avqust 2010 16:03 (UTC +04:00)
Görüşdə ölkəmizlə Niderland Krallığı arasında əlaqələrin həm ikitərəfli münasibətlər səviyyəsində, həm də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb, ikitərəfli münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.
Azərbaycan Prezidenti Niderland Krallığının ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Jan Lukas İnayat Van Hoornu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib, - AzərTAc Dövlət Agentliyi xəbər verir.

Görüşdə ölkəmizlə Niderland Krallığı arasında əlaqələrin həm ikitərəfli münasibətlər səviyyəsində, həm də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb, ikitərəfli münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Dövlətimizin başçısı səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti