...

Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

Siyasət Materials 11 Avqust 2010 12:32 (UTC +04:00)
Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri çərşənbə günü Bakıda müzakirə olunub.
Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri çərşənbə günü Bakıda müzakirə olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, avqustun 11-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ABŞ-ın Oklohoma ştatının Milli Qvardiya Komandanının səfiri Mayls Drinqin başçılıq etdiy nümayəndə heyətini qəbul edib.

Görüşdə ABŞ-la Azərbaycan arasında hərbi əməkdaşlıq məsələləri, regiondakı mövcud vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.

Nazir Səfər Əbiyev bildirib ki, ABŞ-Azərbaycan əlaqələri inkişaf edir və hər iki tərəf bu əməkdaşlığın davam etdirilməsinə tərəfdardır.

Xəbər lenti

Xəbər lenti