...

Prezident İlham Əliyev Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mərakeşin Sosial İnkişaf Nazirliyi arasında memorandumu təsdiq edib

Siyasət Materials 13 Avqust 2010 23:55 (UTC +04:00)
Prezident İlham Əliyev cümə günü 2010-cu il iyunun 15-də Rabat şəhərində imzalanmış “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mərakeş Krallığının Sosial İnkişaf, Ailə və Həmrəylik Nazirliyi arasında ailə, qadınların inkişafı və uşaqların müdafiəsi sahələrində əməkdaşlıq haqqında Memorandum”un təsdiq edilməsi barədə sərəncam imzalayıb.
Prezident İlham Əliyev Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mərakeşin Sosial İnkişaf Nazirliyi arasında memorandumu təsdiq edib

Prezident İlham Əliyev cümə günü 2010-cu il iyunun 15-də Rabat şəhərində imzalanmış "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mərakeş Krallığının Sosial İnkişaf, Ailə və Həmrəylik Nazirliyi arasında ailə, qadınların inkişafı və uşaqların müdafiəsi sahələrində əməkdaşlıq haqqında Memorandum"un təsdiq edilməsi barədə sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tapşırılıb ki, Memorandumun həyata keçirilməsini təmin etsin.

Xarici İşlər Nazirliyinə tapşırılıb ki, Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Mərakeş Krallığı tərəfini xəbərdar etsin.

Xəbər lenti

Xəbər lenti