...

Azərbaycanda dairə seçki komissiyalarının üzvlərinə kurslar keçiriləcək

Siyasət Materials 18 Avqust 2010 16:46 (UTC +04:00)
Azərbaycanda dairə seçki komissiyalarının üzvlərinə kurslar keçiriləcək. Bu barədə MSK sədri Məzahir Pənahov komissiyanın çərşənbə günü keçirilən iclasında bildirib.
Azərbaycanda dairə seçki komissiyalarının üzvlərinə kurslar keçiriləcək

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir M. Əliyev/

Azərbaycanda dairə seçki komissiyalarının üzvlərinə kurslar keçiriləcək. Bu barədə MSK sədri Məzahir Pənahov komissiyanın çərşənbə günü keçirilən iclasında bildirib.

"Aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi ilə əlaqədar kursların təşkili nəzərdə tutulur", - Pənahov deyib.

Pənahov bildirib ki, bu kurslar Bakıdakı dairələrdə avqustun 23-dən başlayaraq ayın 29-na qədər keçiriləcək. Sentyabrın 1-dən isə yerlərdə bu cür kurslar keçiriləcək.

Onun sözlərinə görə, kurslarda müxtəlif dövlət qurumlarının nümayəndələri də iştirak edəcəklər.

"Kurslarda Ədliyyə, Daxili İşlər nazirlikləri, Baş Prokurorluq, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə nümayəndləri iştirak edəcəklər. Bununla belə, seçkilərdə ixtisaslaşmış beynəlxalq qurumların nümayəndələrinin iştirakı da olacaq. Biz bu fəaliyyəti getdikcə daha təkmilləşdirmək fikrindəyik. Çalışacağıq ki, Apelyasiya Məhkəməsi də rəhbərlik səviyyəsində bu kurslarda iştirak etsin", - Pənahov deyib.

Xəbər lenti

Xəbər lenti