Azərbaycan, Bakı, 19 avqust/Trend/
Bu gun nazir Elmar Məmmədyarov cari ilin 20-22 avqust tarixində Avstriyanın Avropa və Beynəlxalq əlaqələr üzrə federal Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək "Salzburq Triloqu elmi konfrans: 21-ci əsrdə etik bazar iqtisadiyyatları üçün birliklərin inşası. Avropadan, Qara dəniz və onun hüdudlarından kənardan keyfiyyətli artımın perspektivlərinə baxış" adlı konfransda iştirak etmək üçün Avstriyanın Salzburq şəhərinə səfərə düşüb. Məlumatı cümə axşamı Azərbaycan XİN mətbuat xidməti yayıb.
Konfransda bir sıra Avropa dövlətlərinin Xİ nazirləri, dövlət rəsmiləri, dünyanın aparıcı elmi mərkəzlərinin ekspert və rəhbərlərinin iştirakı nəzərdə tutulub. İştirakçılar "Maliyə və bazar iqtisadiyyatının iflası", "Etik bazar iqtisadiyyatları üçün birliklərin inşası" və "Arxitekturanın dəyişdirilməsi və siyasətin həyata keçirilməsi" mövzuları ətrafında fikri mübadiləsi aparacaqlar.
Konfransda nazir E.Məmmədayrovun təklif edilən mövzulara aid çıxışları nəzərdə tutulub.