...

Gürcüstan-Azərbaycan konfederasiyasının yaradılması regional təhlükəsizliyə kömək edəcək – Gürcüstan XİN

Siyasət Materials 20 Avqust 2010 18:08 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 20 avqust /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan-Azərbaycan konfederasiyasının yaradılması regional təhlükəsizliyə kömək edəcək. Bu barədə cümə günü jurnalistlərə Gürcüstan hökumətinin iclasından sonra, Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze deyib.

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda olarkən onun gürcü həmkarı Mixail Saakaşvili bəyan edib ki, Gürcüstan və Azərbaycan arasında konfederasiyanın yaradılması məsələsi nəzərdən keçirilir.

"Konfederasiyanın yaradılması ilə bağlı artıq qərar verilib və bu məsələdə Gürcüstanın texniki cəhətdən razılığı var. Bu təşəbbüsün hansı formalar alacağı, diplomatların danışıqlarından asılı olacaq, bu, diplomatik işin predmetidir", - Kalandadze qeyd edib

O vurğulayıb ki, "Bu mərhələdə söhbət hüquqi çərçivə ilə bağlı müxtəlif mövzularda davam edəcək danışıqlardan gedir". "Məsələ hələ ki səthi olaraq müzakirə edilir", - nazir müavini deyib.

Kalandadzenin sözlərinə görə, razılaşmanın imzalanması iki ölkənin inkişafına kömək edəcək. "Biz konfederasiya çərçivəsində münasibətlərimizin inkişaf planını təsvir edə bilərik ki, bu da regionun inkişafına kömək edər. Belə ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq kifayət qədər intensiv və dərin xarakter daşıyır", - o bildirib.

"Gürcüstan Bakı və Tbilisi arasında konfederativ münasibətlərin qurulmasını bəyənir", - Gürcüstan XİN-in rəsmi nümayəndəsi qeyd edib.

Xəbər lenti

Xəbər lenti